Liviyada misirli qibtilərin getdiyi kilsə partladılıb. Nəticədə 2 nəfər həlak olub. İslam.az-ın verdiyi xəbərə görə, hadisə ölkənin üçüncü böyük şəhəri olan Misratada baş verib.
Misirin Liviyadakı səfiri bu ölkənin təhlükəsizlik qüvvələrini obyektlərin təhlükəsizliyini təmin etməyə çağırıb.
Məlumata görə, partlayış məsafədən idarəetmə ilə həyata keçirilib.