«Əl-Qaidə» terror şəbəkəsinin Yəmən bölməsi ABŞ-ın Sənadakı səfiri Cerald Feyerstaynı öldürən şəxsə 3 kq qızıl (160 min dollar) mükafat verməyə hazır olduğunu bəyan edib. Bu barədə islam.az APA-ya istinadən məlumat verir.
Eyni zamanda Yəmən ərazisində öldürülmüş istənilən amerikalı hərbçiyə görə terrorçular 23 min dollar təklif edirlər. Agentliyin məlumatına görə, «təklif» yaxın iki ay ərzində qüvvədə olacaq.