Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan 2012-ci ilin yekunları ilə bağlı xalqa müraciət edib. Ərdoğan müraciətində TANAP layihəsini imzalayaraq Türkiyə və Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm addım atdığını qeyd edib.
“Cari ilin iyun ayında biz Azərbaycan Prezidenti İlham Əliyev ilə bütün Avrasiyanı yaxından maraqlandıran və qlobal əhəmiyyətə malik olan bir layihənin imza mərasimini keçirdik. Təqribən 7 milyard dollar dəyəri olan TANAP layihəsinin imzalanması ilə Türkiyə və Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm məsafə qət etdilər” – deyə Ərdoğan bildirib.
İslam.az-ın verdiyi xəbərə görə, Türkiyənin Baş naziri Bakı-Tbilisi-Qars dəmir yolu və “Marmaray” xəttinin regionun inkişafına təkan verəcəyini də vurğulayıb.