Ali təhsil müəssisələrinin üzərindən 18%-lik ƏDV götürüldükdən sonra onlar təhsil haqlarını endirməli, tələbələrə güzəştə getməlidirlər.
İslam.az-ın verdiyi xəbərə görə, bunu SalamNews-a Milli Məclisin Mədəniyyət məsələləri komitəsinin sədri Nizami Cəfərov bildirib.
O deyib ki, təhsil üçün əlavə dəyər vergisi (ƏDV) ləğv edilməlidir.
"Çünki elə bil, həm təhsil üçün pul ödəyirsən, həm də vergi verirsən, bu, uyğun gəlmir. Hər halda oxumaq üçün verilən pul təhsili təmin edən yerə çatmalıdır", deyə komitə sədri bildirib.
Xatırladaq ki, bu günlərdə Milli Məclisdə Vergi Məcəlləsinin 131-ci maddəsinə təklif olunan əlavə və dəyişikliklərə görə, ali təhsil müəssisələri 18 faizlik ƏDV-dən azad ediləcəklər.