Roma-Katolik kilsəsinin başçısı XVI Benediktin dəvətilə Vatikanda səfərdə olan bütün ermənilərin katalikosu II Qaregin bütün ölkələri 1915-ci ildə Osmanlı İmperiyasındakı qondarma erməni soyqırımını tanımağa çağırıb.
Ermənilər bu qondarma soyqırımı iddiasını ortaya atmaqla dünyanı bu hadisənin o vaxtki türk höküməti tərəfindən təşkil olunmuş və planlı şəkildə həyata keçirilmiş XX əsrin "ilk soyqırım aktı" olmasına inandırmağa çalışırlar.
"Erməni soyqırımı faktı"nın Türkiyədə tanınması erməni xalqı üçün prinsipial əhəmiyyət daşıyır. Onlar bununla "erməni məsələsi"nə son qoymaq istəyirlər.
Onu da xatırladaq ki, ermənilər qondarma erməni soyqırımı faktının 20 ölkə tərəfindən, o cümlədən Uruqvay, Rusiya, Fransa, Litva, İtaliya parlamentinin aşağı palatası, ABŞ-ın 40-dan artıq ştatı, Yunanıstan, Kipr, Argentina, Belçika, Uels parlamentləri, İsveçrənin milli soveti, Kanada parlamentinin icmalar palatası, Polşa seymi və bir sıra beynəlxalq təşkilatlar tərəfindən tanınmasına nail olmuşlar.
Müqəddəs Petra meydanında toplaşan minlərlə insan qarşısında XVI Benediktlə birlikdə çıxış edən erməni Apostol kilsəsinin başçısı "bütün ölkələri və xalqları insanlıq tarixində baş verən bütün soyqırımları yekdilliklə pisləməyə" çağırıb / Qaynar.info