Azərbaycanda əhalinin yaşlaşması prosesi ilə bağlı problem müşahidə olunmur.
İslam.az-ın SalamNews-a istinadla verdiyi xəbər görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəhbəri Səlim Müslümov “dəyirmi masa”da çıxışı zamanı bildirib.
Müzakirə yaşlı vətəndaşların Sosial Müdafiəsi üzrə Dövlət Proqramının müzakirəsinə həsr olunub.
Onun sözlərinə görə, əhalinin yaşlaşması prosesi bütün dünyada müşahidə olunur. Azərbaycanda isə bu problem hələ yoxdur, çünki, eyni zamanda doğum da artıb. Yaşı 60-dan yuxarı olan vətəndaşlar əhalinin təqribən 9%-ni təşkil edir.
O deyib: "Amma 20-30 il sonra bu problem bizdə də əmələ gələcək. Biz buna hazır olmalıyıq. Qonşu ölkələrdə əhalinin qocalma prosesi gedir və doğum göstəricisinin azalması müşahidə olunur. Azərbaycanda təqaüd almaq üçün təqaüd yaşına çatmağı gözləyir. Ancaq Avropada, əksinə, ekspertlər təqaüdçülərin məşğulluğa qayıtması və pensiya yaşının uzadılması problemini müzakirə edirlər. Ekspertlər yaşlı şəxslərin işləyə biləcəyi iş yerlərinin açılması üzərində düşünürlər".