Krımda məscid tikintisi üçün vəsait yığan Poltavka kəndinin mollası Tair Arslanoviç öldürülüb. Qətlə yetirilənin həyat yoldakı Cever Usmanovun sözlərinə görə, gecə saat üç radələrində o həyat yoldaşının maskalı şəxslərlə mübahisəsini eşidib.
İlkin versiyaya görə, qətlə səbəb Tair Arslanoviçin kənddə məscid tikmək üçün sakinlərindən topladığı pulu və qızılı oğurlaması olub.
59 yaşlı mollanın ölümündə şübhəli şəxs qismində saxlanılan 4 nəfərdən biri azərbaycanlıdır. Saxlanılan şəxslərdən odlu silah və güllələr müsadirə edilib. Hazırda saxlanılan şəxslərin digər cinayət törədib-törətmədikləri araşdırılır.