"Taliban" terrorçuları Pakistanın şimal-qərbində nəzarət-keçid məntəqəsinə hücum ediblər və 20 hərbiçini girov götürüblər.
İslam.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bəzi mənbələrdə bildirilir ki, 30 hərbiçi oğurlanıb.
Pakistanda fəaliyyət göstərən, ekstremist “Təhriki-Taliban” təşkilatı İslamabaddan Əfqanıstandakı hərbi əməliyyatlarda iştirak etməməyi və ölkə konstitusiyasını şəriət qaydalarına uyğun dəyişməyi tələb edir.