Misirin sabiq prezidenti Hüsnü Mübarək hərbi hospitala köçürüləcək.
İslam.az-ın SalamNews-a istinadən verdiyi xəbərə görə, sabiq prezident Qahirənin nüfuzlu Məədi rayonundakı hospitala köçürüləcək.
Xatırladaq ki, dekabrın 15-də çimərkən ayağı sürüşmüş Hüsnü Mübarək başını zədələyib. Bu, onun həbsxanada keçirdiyi son il yarım ərzində 4-cü yığılma hadisəsidir. Son hadisədən sonra onun oğulları Həmal və Əla vəkilləri Fərid əd-Diblə birgə həbsxana rəhbərliyi və ordu komandanlığına müraciət edərək atalarının kameradan xəstəxanaya köçürülməsini xahiş ediblər.
Həkimlərin sözlərinə görə, saxlanma şəraiti Hüsnü Mübarəkin səhhəti üçün yararlı deyil.