Türkiyənin inkişafının qarşısındakı tək maneə terror və terror təşkilatıdır.
İslam.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, bunu Baş nazir Rəcəb Tayyib Ərdoğan bəyan edib.
O deyib: “Türkiyənin inkişafına mane olmaq istəyirlər. Ortada haqq uğrunda mübarizə yoxdur, sadəcə, Türkiyənin sabitliyini korlamağa yönəlmiş qaranlıq səy var. Meydanı onlara buraxsaq gərək onda siyasətdən gedək. Ona görə, tək bayraq, tək millət, tək vətən dedik. Millət gec ya da tez, bu işdə qələbə çalacaq. Ya insan kimi yaşayıb bu millətə sığınacaqlar, ya da özlərinə yaşayacaq başqa ölkələr axtarsınlar”.