MDB çərçivəsində vahid informasiya məkanı və “Euronews”un analoqu olan ictimai telekanal yaradılacaq. Bu, 2013-cü ilin yay aylarına təsadüf edir. Birlik ölkələrinin səfirləri ilə görüşən MDB məsələləri üzrə Dövlət Duması komitəsinin rəhbəri Leonid Sluski ümumi televiziyanın yaradılması haqda danışıb.
İslam.az-ın ANS-ə istinadla verdiyi xəbərə görə, görüş zamanı o deyib ki, artıq Rusiya, Belarus, Qazaxıstan və Ukrayna belə bir telekanalın yaradılmasına ciddi yanaşırlar. Leonid Sluski qeyd edib ki, bu layiəhinin reallaşması üçün Birlik ölkələrinin dövlət başçıları, diplomatik və parlament korpuslarının da dəstəyi olmalıdır.
Komitə rəhbəri hesab edir ki, vahid xəbər kanalının açılması Avrasiya inteqrasiyası və MDB-nin ümumi informası məkanın yaradılmasında ilk real addımlardan biri olacaq.
Görüşdə Azərbaycan, Ukrayna, Belarus, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Moldova, Ermənistan, Özbəkistan və Tacikistanın Rusiya da olan səfirləri iştirak ediblər.