Mədəniyyət və Turizm Naziri Əbülfəz Qarayev Azərbaycan tar ifaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahıya daxil edilməsi və buna görə İranın narazılıq etməsinə münasibət bildirib.
İslam.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, o bildirib ki, hər ölkənin mədəniyyətinin qorunması və onun təbliği sahəsində fəaliyyət göstərən alimləri olur.
"Hər alimin də fikirləri bir cür olur. Eyni səpkidə düşünən insanları da bir-birilərinin yazılarında tapmaq olmur və bu mümükün deyil. Lakin beynəlxalq təşkilat öz qərarını qəbul edib. İran alimlərinin fikirlərinə qarşı da müəyyən izahatlar verilib. Tarı UNESCO-nun siyahısından çıxartmaq mümkün deyil. Lakin əgər hansısa ölkə bu ifaçılıq məqsədini inkişafına verdiyi tövhəni elan etmək istəyirsə, ona iddia edir ki, burada bizim də adımız var buyursunlar qoşulsunılar Azərbaycanın qəbul etdiyi ifaçılığa", deyə o bildirib.