Yasir Ərəfatın qalıqları üzərində aparılmış istintaqın nəticələri gələn ilin fevralında məlum olacaq. Bunu jurnalistlərə Federal Tibbi-Bioloji Agentliyin (FTBA) rəhbəri Vladimir Uyba bildirib.
İslam.az-ın SalamNews-a istinadən verdiyi xəbərə görə, FTBA sabiq Fələstin liderinin orqanizmində vaxt zəhərli maddələrin olub- olmaması ilə bağlı ilk nəticələri əldə edəcəyinə ümidvardır.
V.Uybanın sözlərinə görə, bu istiqamətdə işlər davam etdirilir. Bu riyazi model Ərəfatın geyimində aşkar edilmiş zəhərli maddənin miqdarının ölümə səbəb olma ehtimallarını ortaya çıxaracaq.