Misir Prezidenti Məhəmməd Mursi ölkənin yeni Konstitusiyası barədə qanun imzalayıb.
İslam.az-ın SalamNews-a istinadən verdiyi xəbərə görə, bu barədə Misirin MENA agentliyinə prezidentin mətbuat katibi Yasir Əli məlumat yayıb.
Dekabrın 22-də Misirdə yeni konstitusiya layihəsi üzrə referendumun ikinci mərhələsi keçirilib. Birinci mərhələ dekabrın 15-də Qahirə və Aleksandriya da daxil olmaqla ölkənin ən nəhəng şəhərlərini əhatə edib.