İran xarici işlər nazirinin müavini Parlament deputatının hicabla nağlı bəyanatını təkzib edib. Bəyanata əsasən, Buşehr şəhərində AES-də çalışan rus qadınlarının hicab geyinmələri qarşılığında onlara pul ödənilir.
İslam.az-ın verdiyi xəbərə görə, bu barədə İranın Fars agentliyi məlumat verib.
Həsən Kaşkavinin sözlərinə görə, rusiyalı və digər xarici vətəndaşların müqavilələrində yerli geyim normalarına uyğun geyinmələri qarşılığında onlara pul ödənilməsi barədə maddə yoxdur.
Nazir müavini İran Parlamentinin deputatı Mehdi Musavinecadın əmək müqaviləsinə əsasən, Buşerdə çalışan rus qadınlarının hicab geyinmək qarşılığında pul almaları barədə bəyanatını bu yolla təkzib edib.