Moskvanın Tver məhkəməsi tərəfindən "Müsəlmanların məsumluğu" qalmaqallı filmi Rusiyanın ekstremist materiallar reyestrinə daxil edilib.
İslam.az-ın SalamNews-a istinadən verdiyi xəbərə görə, bu barədə çərşənbə günü Ədliyyə Nazirliyində məlumat verilib.
Ekstremist materialların federal siyahısı informasiya materialların ekstremist xarakter daşımasını barədə qanuni qüvvəyə minən məhkəmə qərarının Ədliyyə Nazirliyinə daxil olan nüsxələrinin əsasında formalaşır.
Bu siyahıya daxil edilən ekstremist material ölkədə rəsmi şəkildə qadağan olunmuş hesab edilir. Məhəmməd Peyğəmbər (s) haqqında ABŞ-da çəkilmiş "Müsəlmanların məsumluğu" həvəskar filmi müsəlman ölkələrində sərt reaksiyaya səbəb olub və həmin ölkələrdə kütləvi etiraz aksiyaları keçirilib. Sentyabrda Tver məhkəməsi bu filmin ekstremist xarakterli olmasını təsdiqləyib.