Ukraynanın Kirovqorod əyalətində Mi-8 tipli helikopter qəzaya uğrayıb. Rəsmilərin verdiyi məlumata görə, qəza zamanı helikopterdə olan 5 nəfər həyatını itirib.
İslam.az-ın ANS-ə istinadla verdiyi xəbərə görə, onlardan üçünün pilot heyəti, 2 nəfərin isə mühəndis olduğu bildirilir. Məlumata görə, helikopter Ukrayna Daxili İşlər Nazirliyinə məxsus olub.
Qəza helikopter Aleksandrya şəhərindən havaya qalxdıqdan bir neçə dəqiqə sonra baş verib. Səlahiyyətli orqanlar insidentlə bağlı istintaq başladıblar, qəzanın səbəbləri araşdırılır.