“Əgər baş nazir olsaydım günahsız insanlar öldüyü üçün Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və türk xalqından üzr istəyərdim”.
İslam.az-ın ANS-ə istinadla verdiyi xəbərə görə, bunu İsrailin sabiq baş naziri Ehud Olmert Tel-Əvivdə keçirilən vəkillər kollegiyasının iclasında “Mavi Mərmərə” hadisələri barədə çıxışında deyib.
Sabiq baş nazir həmçinin baş nazirdən və türk xalqından üzr istədikdən sonra, “iki ölkə arasındakı münasibətləri qorumaq üçün bu ölkənin rəsmiləri ilə əlaqə yaradardım” – deyib.