POPULYARXƏBƏRLƏR

Müsəlmanlar İspaniyadan yəhudilərə verilən qayıdış haqqını tələb edir

Bu yaxınlarda İspaniya hökuməti 1492-ci ildə İspaniyadan qovulan yəhudilərin nəslindən olanlara avtomatik vətəndaşlıq haqqının tanınmasına dair qərar qəbul edib. Bu qərarla bağlı İspaniya vətəndaşlığı alma hüququ olan 5 min sefard-yəhudi soyadının siyahısı da açıqlanıb. Qərar ispanmənşəli yəhudilər tərəfindən alqışla qarşılanıb və “tarixi ədalətin təntənəsi” kimi dəyərləndirilib.

İslam.az-ın “Yeni Şərq”ə istinadən verdiyi məlumata görə, 22 noyabrda İspaniyanın ədliyyə naziri Alberto Ruis-Qallardon və xarici işlər naziri Xose Manuel Qarsia-Marqallo ispanmənşəli yəhudilərin öz tarixi vətənlərinə qayıdıb vətəndaşlıq alma hüququna malik olduğunu rəsmən bəyan ediblər. Yeni qanuna görə, harada yaşamasından asılı olmayaraq, ispanmənşəli yəhudilər İspan Yəhudi İcmaları Federasiyasından əslən sefard yəhudisi olduğunu təsdiq edən sənəd təqdim etdikləri təqdirdə, dərhal İspaniya vətəndaşlığı ala biləcəklər.

Tarixi mənbələrdə göstərildiyinə görə, 15-ci əsrdə İspaniyanı 800 min yəhudi tərk etməyə, 50 min yəhudi isə dinini dəyişib katolik-xristian olmağa məcbur edilib.

Bu arada, müsəlmanların da rəsmi Madriddən 17-ci əsrdə İspaniyadan zorla qovulan müsəlmanlara eyni hüququ tanımasını tələb etdiyi bildirilir.

Xatırladaq ki, 8-ci əsrin əvvəllərində müsəlmanlar İspaniyanı fəth edib və orada İslam dini geniş yayılaraq, 711-ci ildə Əndəlus müsəlman dövləti yaradılıb. 1492-ci ildə Katolik Kral Ferdinand və Kastiliya Kraliçası İzabella Əndəlusa hücum edərək, Kordova xilafəti kimi də tanınan bu müsəlman dövlətini süquta uğradıb. Bundan sonrakı dövrlərdə İspaniya ərazisində yaşayan müsəlmanlar zorla ölkədən qovulub, genosidə məruz qalıb, yaxud zorla dinlərini dəyişməyə məcbur edilib. Yəhudilərə qarşı da eyni münasibət müsəlman xilafətinin süquta uğradığı elə həmin dövrlərə təsadüf edir.

1609-1614-cü illər arasında İspaniyadan 350 min müsəlmanın qaçdığı bildirilir. Hazırda təkcə Mərakeşdə 5 milyona yaxın şəxs özünü əslən İspaniyadan qovulmuş həmin müsəlmanların soyundan olduğunu hesab edir. Əlcəzair, Misir, Liviya, Mavritaniya, Tunis və Türkiyədə də milyonlarla ispanmənşəli müsəlmanın yaşadığı iddia olunur.

3 dekabr tarixində “Correo Diplomático” qəzetində əlcəzairli jurnalist Əhməd Ben-Saleh əs-Salehin yazdığı məqalədə İspaniyadan qovulmuş yəhudilərə qayıdış və vətəndaşlıq alma hüququnun tanındığı, lakin eyni haqqın ispanmənşəli müsəlmanlara tanınmamasını “açıq-aşkar diskriminasiya və seqreqasiya faktı” olduğunu vurğulayıb. O, yazır: “Dünya ictimaiyyəti bunu mənəviyyatsız və tam ədalətsiz qərar kimi qiymətləndirməlidir. Bu, haqsız və rüsvayçı bir aktdır.”

Əlcəzairin Setif Universitetinin professoru Camal Ben-Əmmar əl-Əhmər artıq 4 ildir ki, İspaniya kralını “yola gətirməyə” çalışır ki, İspaniya dövləti ötən əsrlərdə müsəlmanlara qarşı etdiyi zorakılıqlar və onların İspaniyadan zorla qovulması faktını rəsmən pisləməli, qovulmuş ispanmənşəli müsəlmanların nəslindən olanlara isə geriyə - Əndəlusa qayıdıb vətəndaşlıq alma haqqını tanımalıdır.
Əlcəzairli alim Krallıqdan öz sələflərinin - əcdadlarının etdiyinə görə üzrxahlıq etməsini, onları “cinayətkarlıqda” ittiham etmələrini tələb edir. O, hesab edir ki, İspaniya dövlətinin müsəlmanlara qarşı etdiyi o tarixi cinayətləri günümüzdə yalnız üzr istəyib, ispanmənşəli müsəlmanların “öz tarixi vətəni olan Əndəlusa” qayıtma haqqını tanımasıyla yumaq mümkündür. Professoru Camal Ben-Əmmar əl-Əhmər həmçinin rəsmi Madriddən İspaniya müsəlmanlarına Kordovadakı Cümə məscidini müsəlmanlara qaytarılmasını tələb edir.
“Avropa İslam Assosiasiyası” da İspan hökumətinin ispanmənşəli yəhudilərə ölkəyə qayıdarq vətəndaşlıq alma haqqını tanıyıb, lakin eyni durumda olan ispanmənşəli müsəlmanlara bu haqqı tanımamasını “dini zəmində diskriminasiya” kimi qiymətləndirib və rəsmi Madriddən eyni haqqı müsəlmanlar üçün də tanımasını tələb edib.

Lakin hələ ki, İspaniya dövləti müsəlmanlar tərəfindən irəli sürülən bu tələbləri cavabsız qoyub.



Yerləşdirilib:26 Dekabr, 2012  13:13, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Okt.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com