POPULYARXƏBƏRLƏR

Müsəlmanlar arasında ixtilafların əsas səbəbkarları ABŞ, Qərb və sionistlərdir – İslam Məzhəblərinin Yaxınlaşdırılması Cəmiyyətinin rəsmisi

“Məzhəblərarası Yaxınlaşma Təşkilatı 20 il əvvəl İran rəhbərinin göstərişi ilə yaranıb və bu müddət ərzində, Allaha sükür olsun ki, böyük səylər nəticəsində işində uğurlar əldə edə bilib”.

Bunu islam.az-a müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu və bir sıra beynəlxalq qurumların təşəbbüsü ilə “Dövlət və din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi” I Beynəlxalq Bakı Forumunda iştirak etmək üçün Azərbaycana səfər etmiş İranın İslam Məzhəblərinin Yaxınlaşdırılması Cəmiyyətinin Baş katibinin müavini höccətülislam Seyid Musa Musəvi deyib.

O bildirib ki, dünyada yaxınlaşma çağırışını yayan təşkilat fəaliyyətinin ilk dövründə çox tənha və məzlum idi: “Nə şiələr, nə də sünnü qardaşlarımız, hətta islam alimləri belə təşkilata maraq göstərmirdilər, yaxınlaşmaya tərəf addım atmırdılar. Sevinirik ki, 20 il ərzində böyük təşkilat yaratmağa nail olduq. Bu dövr ərzində çoxlu sayda kitablar və müxtəlif nəşrlər çap edib yaymışıq, müxtəlif dillərdə internet saytları yaratmışıq. Məramımız yaxınlaşma təfəkkürü üçün çalışmaqdan ibarət olub. Arxada qoyduğumuz illər ərzində müxtəlif müsəlman və qeyri müsəlman ölkələrinə dəvətlər göndərib, nümayəndələrini İranda keçirilən konfranslara çağırmışıq”.

Onun sözlərinə əsasən, hər il İranda vəhdət həftəsində - Peyğəmbərin anadan olduğu gündə beynəlxalq konfrans təşkil olunur. Tədbirə bütün məzhəb alimləri dəvət olunur.

“20 il çalışmadan sonra yaxınlaşma ideyası İslam aləmində qəbul olunur. Bu gün bu mövzuda müzakirələr dünyanın hər yerində gedir. Hətta bir zaman bu işin əleyhinə olanların belə, bu gün artıq yaxınlaşma mərkəzlərindən səs-sədaları gəlir. 
İslam dünyası artıq ayılıb və müqəddəs şəriətimizə yaxınlaşma hiss olunur, xüsusən cavanlar fəallıq göstərir. İstəyirik ki, dünyada İslam oyanışı fikri yayılsın. Bunun kökü isə islam vəhdətindədir”, - Seyid Musa Musəvi deyib.

O qeyd edib ki, artıq dünyada oyanış prosesinin getdiyi hiss olunur və bu məzhəblərin yaxınlaşmasına təkan verir: “İnanırıq ki, bu iş müvəffəqiyyətlə başa çatacaq və insanlar bir-biri ilə mehriban yaşayacaq”.

Höccətülislam həmçinin müsəlmanlar arasında ixtilaf yaradan qüvvələr haqqında da söz açıb.

“İslamın keçmişinə nəzər salsaq görərik ki, müqəddəs dinimizdə o vaxt ixtilaflar olmayıb. Adətən bu işlər xaricdən qaynaqlanıb. İndi də ABŞ, Qərb, sionistlər bu ixtilafın yaranmasında əsas səbəbkardırlar. Bu gün ifrat dəstələr, terrorçular və zorakılıqla məşğul olan qruplar müsəlmanlar arasında ixtilaf yaradan qüdrətli dövlətlərdən, islam aləminin düşmənlərindən silahlar əldə edirlər”, - Seyid Musa Musəvi fikirlərini tamamlayıb.



Yerləşdirilib:25 Dekabr, 2012  15:45, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Okt.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com