POPULYARXƏBƏRLƏR

Elşən Mustafaoğlu: “Şeyx Yusuf Kardavinin fətvası terrora çağırışdır!”

Şeyx Yusuf Kardavinin Suriyada hakimiyyətlə çalışan mülki şəxslərin qətlinə dair verdiyi son qalmaqallı fətva İslam dünyasında birmənalı qarşılanmayıb. Kardavinin sözügedən fətvasına münasibəti ilə islam.az-la AMEA-nın elmi işçisi, ilahiyyatçı alim, fəlsəfə doktoru Elşən Mustafaoğlu bölüşüb.

O bildirib ki, Şeyx Kardavinin sözügedən fətvasını bu günlərdə “əl-Cəzirə” telekanalı ilə izləyib: “Doğrusu, dərin təəssüf hissi keçirdim. Uzun illərdən bəri “mətədil din alimi” kimi tanıdılan bu şəxs milyonlar qarşısında etdiyi çıxışında Suriyadakı savaşla bağlı açıq-aşkar bəyan edir ki, “hakimiyyətlə çalışanların hamısı ilə vuruşmalıyıq - istər hərbiçilər, istər mülki şəxslər, istər alimlər, istərsə də cahillər olsun - fərq etməz. Bunlar zalım, azğın, fitnəçi insanlarla nahaq yerə öldürən hakimiyyət kimi - onlar da zalımdırlar. Zalımın hökmü onlara da şamildir.” Təsəvvür edirsinizmi, bu fətvada əlinə silah alıb döyüşənlər ilə döyüşməyənlər – “zalım” elan etdiyi Suriya hakimiyyətilə çalışan mülki şəxslər, hətta alimlər arasında bərabərlik işarəsi qoyulur və onlarla vuruşun, onları da qətlə yetirin çağırışı edilir. Bu, dəhşətli bir fikirdir!”.

Onun sözlərinə görə, missiyası cəmiyyətdə sülh və əmin-amanlığı, dincliyi təmin etmək olan din adamının mülki şəxslərlə vuruşmağa fətva verməsi yolverilməz və təəssüf doğuran bir haldır. “İstər dini qaydalar, istərsə də dünyəvi beynəlxalq hüquqi aktlar əlinə silah alıb vuruşmayanla – mülki şəxslərlə vuruşmağı qəti qadağan edir. Bunun bir adı var – terror! Milyonların gözü qarşısında din adı ilə siyasi rəqiblərə qarşı terror çağırışı edilir. Axı kimdir “hakimiyyətlə çalışan mülkilər”? Hökumətin - tutaq ki, təhsil nazirliyinin, yaxud dövlətə bağlı bir səhiyyə ocağının, nəqliyyat şirkətinin, dövlət müəssisəsinin adi işçiləri. Suriyada yüz minlərlə belə mülki şəxs var. Onların hakimiyyətlə çalışması, hətta mövcud hakimiyyəti dəstəkləməsi kimə haqq verə bilər ki, onları buna görə qətlə yetirsinlər? Ümumiyyətlə, dinimiz qan tökmək, insanlar arasında müharibələr və münaqişələr yaratmağa qarşıdır. İslam yalnız müdafiə xarakterli savaşa izn verir - əlinə silah alıb təcavüzkarlıq edənlərə qarşı. Yoxsa ki, hətta səninlə savaşanlara rəğbət bəsləyirsə belə, amma səninlə savaşmırsa, siyasi əqidəsinə və mövqeyinə görə mülki şəxsləri öldürməyə nə adı verək?”, - Elşən Mustafaoğlu deyib.

O qeyd edib ki, günahsız insanın öldürülməsi İslam dinində ən böyük günahlardan biri sayılır: “Maidə surəsinin 32-ci ayəsində oxuyuruq: “…Hər kəs qisas haqqı olmadan, yer üzündə fitnə-fəsad törətməyən kimsəni öldürsə bütün insanları öldürmüş kimidir. Hər kəs kimsəni diriltsə bütün insanlara həyat bəxş etmiş kimidir”. Fətvada isə mülki şəxslər də, hələ alimlər də siyasi mənsubiyyətinə, tutduğu mövqeyinə görə əlinə silah alıb savaşan hərbiçilərlə eyniləşdirilir. Belə təhlükəli fətva Suriyada dinc əhali arasında kütləvi qırğınlara yol aça bilər”.

Fəlsəfə doktoru vurğulayıb ki, Allah insanı ölüm üçün yox, həyat üçün yaradıb. “Dini, yaxud milli mənsubiyyətindən, siyasi baxışlarından asılı olmayaraq, səninlə vuruşmayan mülki şəxslərlə, dinc əhali ilə vuruşmağa, onları qətlə yetirməyə İslam icazə vermir. Bir daha vurğulayaq ki, müharibə yalnız elə insanlara qarşı yönəlməlidir ki, onlar əllərinə silah alıb digərlərini öldürməyə, onların torpağına, namusuna, ləyaqətinə, dininə-imanına təcavüz etməyə cəhd edir, var-dövlətini əlindən almaq istəyir, təcavüzkarlıq edir. Bir sözlə, dinimizə görə, yalnız müdafiə xarakterli savaşa yol verilir və təcavüz halı baş verdikdə müdafiə olunma Allah qarşısında müqəddəs vəzifə hesab edilir. Əlinə silah alıb səninlə vuruşmayanların - mülki şəxslərin, dinc insanların öldürülməsi isə dinimiz tərəfindən də, insanlıq fitrəti tərəfindən də qadağan edilir!”.

O bildirib ki, dinimiz hər bir halda ədalətə saralmağı, ədalətlə davranmağı əmr edir. “Rəbbimiz Maidə surəsinin 8-ci ayəsində belə buyurur: “Ey iman gətirənlər! Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Allah etdiklərinizdən xəbərdardır!”. Təəssüflər olsun ki, biriləri öz siyasi maraqlarına, öz çıxarlarına görə din adıyla insanları qan tökməyə sövq edirlər. Bu, tarix boyu olub, bu gün bir daha bunun şahidi oluruq. Din adından sui-istifadə faktı. Amma unutmayaq ki, bunun dinlə, İslamla zərrə qədər də əlaqəsi yoxdur. Belə bir həssas dövrdə hər birimiz ayıq-sayıq olmalı, insanlığa qarşı həyata keçirilən fitnə-fəsadların, məkrli planlarının gerçəkləşməsinə yol verməməliyik! Quranın öyrətdiyi kimi, insanlara ölüm deyil, həyat bəxş etməyə çalışmalıyıq”, - Elşən Mustafaoğlu fikirlərini tamamlayıb.



Yerləşdirilib:24 Dekabr, 2012  19:00, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Okt.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com