POPULYARXƏBƏRLƏR

Məşədi Dadaş məscidində Səlahəddin Özgündüzlə görüş keçirilib

Bu gün Dini Araşdırmalar Mərkəzinin təşəbbüsü ilə “Dövlət və din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi” I Beynəlxalq Bakı Forumunda iştirak etmək üçün Azərbaycana səfərə gələn Türkiyə Cəfəri İcmasının rəhbəri Şeyx Səlahəddin Özgündüzün bir sıra məscidlərin axundları və imamları ilə görüşü keçirilib. Tədbir  Məşədi Dadaş məscidində baş tutub. Görüşə bir qrup dindar da qatılıb.

Tədbirdə Məşədi Dadaş məscidin imam-cüməsi Hacı Şahin Həsənli, İslam Konfransı Gənclər Forumu Avrasiya Beynəlxalq Şurasının rəhbəri Elçin Əsgərov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) şöbə müdiri Hacı Mirəziz Seyidzadə də iştirak ediblər.

Qonağa görüş üçün vaxt ayırdığına görə təşəkkürünü bildirən Hacı Şahin Həsənli daha sonra sözü Səlahəddin Özgündüzə verib.
Qonaq türkiyəli dindarların salamını toplaşanlara çatdıraraq, müsəlmanların sahib olması zərurətə çevrilən təqvadan söz açıb: “Mən sizə din dərsi vermək fikrindən uzağam. Allaha şükürlər olsun ki, Azərbaycanda bu gün kifayət qədər yüksək səviyyəli ruhanilər var. Onların əməyidir ki, hazırda məmləkətdə İslam bu dərəcədə inkişaf edib. Sadəcə bütün işlərinizdə təqvanı əsas götürüb, nəfsi istəklərinizi İslam işlərinə qatmayın”.

S.Özgündüz əslən azərbaycanlı olduğunu vurğulayaraq, bir zamanlar Türkiyədə müsəlmanların yaşadıqları məhrumiyyətlərdən və qarşılaşdıqları çətinliklərdən danışıb, hazırda qonşu ölkədəki vəziyyətdən razılığını bildirib. Qonaq toplaşanları Azərbaycan dövlətinin qədrini bilməyə, ona dəstək olmağa səsləyib: “Bilirsiniz, dünyada elə xalqlar mövcuddur ki, yüzilliklərdir müstəqil dövlət qurmağa çalışırlar. Amma buna nail ola bilmirlər. Sizin isə artıq öz müstəqil dövlətiniz var, başınızın üzərində öz bayrağınız dalğalanır. Buna dəyər vermək lazımdır. Hakimiyyətdə dindarın və ya qeyri-dindarın olmasının heç bir əhəmiyyəti yoxdur. Bu gün İstanbulda 2,5 minə yaxın məscid var. Hərəsində də 4 səsgücləndiricinin olduğunu nəzərə alsaq, təsəvvür edirsiniz azan zamanı yetişəndə şəhərdəki ab-havanı? Bu nəyin, kimin sayəsində mümkün oldu? Əlbəttə ki, cəbhədən cəbhəyə qaçaraq ölkənin istiqalalını qorumuş Mustafa Kamal Atatürkün.  Bunun nəyi pisdir? Ona görə bu gün onu pisləyən görəndə qəbul edə bilmirəm. Siz də öz dövlətinizin, prezidentiniz ətrafında sıx birləşməlisiniz. Dövlətdən narazılığınız olsa da, bunu qardaşcasına deyin. Bu dövlət sizindi və onu siz qoruyub, inkişaf etdirməlisiz. Bu gün Qarabağımız işğal altındadır. Bundan daha önəmli məsələ ola bilərmi? Əsas diqqətiniz buna yönəlməlidir. Nə qədər ki, torpaqlar azad edilməyib, biz azərbaycanlıların başı uca ola bilməz. Mənim 3 oğlum var, hamısını da Qarabağın azadlığı uğrunda qurban verməyə hazıram”.

Görüşün sonunda Hacı Şahin Həsənli bir daha Səlahəddin Özgündüzə təşəkkürünü bildirərək, ona gələcək fəaliyyətində uğurlar diləyib.

 

 

 

 



Yerləşdirilib:21 Dekabr, 2012  18:21, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Okt.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com