POPULYARXƏBƏRLƏR

Allahşükür Paşazadə Türkiyədə və bütün Qafqazda ağsaqqal kimi qəbul olunur - Mehmet Görmez

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə “Dövlət və Din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi” mövzusunda keçirilən I Beynəlxalq Bakı Forumunda iştirak etmək üçün Azərbaycana gələn Türkiyə Cümhuriyyətinin Diyanət İşləri Başqanı Mehmet Görməz ilə görüşüb.

İdarənin mətbuat xidmətindən islam.az-a verilən məlumata görə, Mehmet Görməzin ölkəmizə növbəti səfərini mühüm hadisə adlandıran A.Paşazadə Azərbaycan-Türkiyə qardaşlığının tarixi köklərə malik olduğunu diqqətə çatdırıb: “Ölkələrimizi bir-birinə bağlayan tarixi bağlar var. İstər Azərbaycanda, istərsə də Türkiyədə bunu sübut edən minlərlə yer göstərmək olar. Sayın başqan, Siz bundan əvvəlki səfərinizdə Təzəpir məscidini ziyarət edərkən bunun şahidi oldunuz. 1919-cu ildə Nuru Paşanın üzərinə qalxaraq Azərbaycan dindarlarına müraciət etdiyi minbər bu günə kimi qorunub saxlanılır. Azərbaycan həmişə Türkiyəni özünə qardaş hesab edir, bu münasibət davam etməkdədir. Hər iki xalq ən çətin anlarda bir-birinə qardaşlıq əlini uzadıb. Əsrlər boyu yaşayan bu əlaqələr inşaallah tarix durduqca daha da inkişaf edəcək”.

Şeyxülislam Mehmet Görməzin Türkiyə Cümhuriyyətinin Diyanət İşləri başqanı kimi fəaliyyətini yüksək dəyərləndirib: “Bu vəzifəyə gəldiyiniz az müddət ərzində çox böyük işlər görmüsünüz. Sizinlə tez-tez görüşür, məsləhətləşmələr aparırıq. Ötən ay İstanbulda keçirilən Avrasiya İslam Şurası çərçivəsində gördüyünüz işləri, atdığınız addımları qeyd etmək istərdim. İnanıram ki, fəaliyyətiniz regionda İslam dininin daha da qüdrətlənməsinə öz töhfəsini verəcək”.

QMİ sədri Bakıda inşa olunan və Azərbaycan-Türkiyə qardaşlığını özündə əks etdirəcək yeni məscid kompleksində işləri davam etdiyini diqqətə çatdırıb: “Yeni tikilən məscid möhtəşəm dini abidə olmaqla yanaşı hər iki xalqın qardaşlığını simvolizə edəcək. Tikinti işləri ölkə prezidenti İlham Əliyevin nəzarəti altındadır”.

Türkiyə Cümhuriyyətinin Diyanət İşləri Başqanı Mehmet Görməz növbəti dəfə Azərbaycana gəlmək fürsəti qazandığından şad olduğunu dilə gətirib: “Bakıda keçirilən I Beynəlxalq Foruma dəvət alınca razılaşdım. Çünki Azərbaycandakı qardaşlarımı yenidən ziyarət etmək imkanı qazandım. Şeyxülislam həzrətləri, ötən ay Avrasiya İslam Şurasına Qafqazın nüfuzlu din xadimləri ilə qatılmanız, orada etdiyiniz çıxış bizlərə şərəf verdi. Bütün İslam dünyası son illər çox ağır sınaqlardan keçir. Yalnız Sizin kimi mötəbər din xadimlərinin fəaliyyəti nəticəsində belə sınaqları arxada qoymaq mümkündür. Bəzi dövlətləri, xalqları bir-birinə mədə, bəzilərini isə qəlb bağlayır. Türkiyə Azərbaycan bir-birinə qəlbən bağlıdır. Qəlblər bir olunca isə onları heç kim ayıra bilməz. Din xadimlərinin yaratdığı mənəvi bağlar hər iki dövlət arasında yaranan digər əlaqələrin təməlini qoyur”.

Mehmet Görməz Şeyxülislam həzrətlərinin bütün regionda nüfuzlu bir ağsaqqal kimi qəbul olunduğunu söyləyib: “Siz həm Azərbaycanda, həm Türkiyədə, həm də bütün Qafqazda ağsaqqal kimi qəbul olunursunuz. Türkiyə Diyanət İşləri Başqanlığı Orta Asiya və Şimali Qafqazdakı din xadimləri ilə əlaqələrə mühüm önəm verir. Əlaqələrin qurulmasında Sizin kimi görkəmli din xadiminin yardımına ehtiyacımız var”.

M.Görmez rəhbərlik etdiyi qurum adından hədiyyəni Şeyxülislama təqdim edib.



Yerləşdirilib:21 Dekabr, 2012  16:30, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Okt.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com