POPULYARXƏBƏRLƏR

Elşad İskəndərov: "Bakı Platforması”nda Ermənistanın işğalçılıq siyasəti pislənilib"

Bakıda iki gün davam edən “Dövlət və Din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi” I Beynəlxalq Bakı Forumunun iştirakçıları ümumi prinsipləri razılaşdırıblar.

İslam.az xəbər verir ki, bu ümumi prinsip və gələcək fəaliyyəti müəyyən edən qərarlar Yekun Bəyannamədə qəbul edilən “Bakı Platforması”nda əksini tapıb.

”Bakı Platforması” haqqında məlumat verən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov jurnalistlərə bildirib ki, sənəddə Ermənistanın işğalçılıq siyasəti də pislənilib. Ümumi prinsiplərin arasında Azərbaycanda tolerantlıq modelinin əsas olaraq götürülməsi yer alıb. Bundan əlavə, etnik separatizm və etnik təmizləmələr, işğalçı siyasət, bilavastilə BMT və AŞ-nın qərarlarına əsasən Ermənistanın da Azərbaycana qarşı həyata keçirdiyi siyasət birmənalı şəkildə pislənib və nəinki regionda, beynəlxalq səviyyədə dinlərarası münasibətlərə də neqativ təsir göstərən bir amil kimi qiymətləndirilib.

Onun sözlərinə görə, daha əməli müstəvidə Bakı Forumun iştirakçılarından, İslam Əməkdaşlıq Təşkilatı, BMT və İSESCO-nun da qatıldığı şəbəkənin yaradılması qərara alınıb. Şəbəkə daimi fəaliyyət göstərəcək. Burada dini liderlər, alimlər, dövlət nümayəndələri və media təmsilçiləri olacaqlar. Bu şəbəkə sadəcə forum iştirakçılarından ibarət olmayacaq, gələcəkdə daha da genişlənəcək. Şəbəkə 3 istiqamətdə fəaliyyət göstərəcək: həm qərar qəbul edən dairələrə öz tövsiyyələrini vermək, davamlı olaraq akademik səviyyədə elmi fəaliyyətlər və ictimai fəaliyyət, eyni zamanda KİV-lə iş sahəsində toleranlığın inkişaf etdirilməsi, tolerantlıq modellərinin təbliğ olunması, şəbəkəyə daxil olan nüfuzlu şəxslərin dünyada yaranacaq dinlərarası böhran vəziyyətlərinə vahid səslə müdaxilə edib məsələlərin çözüm istiqamətinə yönləndirilməsi nəzərdə tutulur.

Komitə sədri söyləyib ki, şəbəkənin fəaliyyətinin Bakı Beynəlxalq Forumunun katibliyi əlaqələndirəcək və gələcəkdə təkcə Azərbaycanda deyil, dünyanın başqa yerlərində də bu qrupun və daha genişlənmiş heyətli şəbəkənin toplantılarının keçirilməsi nəzərdə tutulur.

E.İskəndərov bildirib ki, bu platforma digər qurumlara da açıq olacaq. Bunlar, ilk növbədə, BMT-nin Mədəniyyətlərarası Alyansı, Avropa Şurası və bu sahədə ən böyük böhranlara meydan olan Avropa İttifaqıdır.



Yerləşdirilib:21 Dekabr, 2012  00:28, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Okt.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com