Vəziyyəti ağır olan İraq Prezidenti Cəlal Talibani özəl təyyarə ilə Almaniyaya aparılıb.
İslam.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, onun müalicəsi burada davam etdiriləcək.
O, xüsusi təyyarə ilə Berlinə gedib.
Kərkük valisi Nəcməddin Kərim Prezident Cəlal Talibaninin dünən aparılan müalicədə səhhətinin yaxşılığa doğru getdiyini öyrəndikdən sonra müalicəyə Almaniyada davan edilməsinə qərar verildiyini söyləyib.