"Azərbaycan doğurdan da tolerantlıq baxımından başqa ölkələr üçün əhəmiyyətli bir örnəkdir".
İslam.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, bunu jurnalistlərə Küveytin İslam məsələləri və vəqfləri üzrə nazir müavini Adil əb Fəlah deyib.
“Dövlət və Din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi” I Beynəlxalq Bakı Forumuna qatılan, 20 ildən çoxdur Azərbaycanla bağlı olduğunu və tez-tez bura gəlib-getdiyini deyən Küveyt rəsmisi bu tolerantlığın qorunub saxlanmasında ümummilli lider Heydər əliyevin xüsusi rolu olduğunu söyləyb: “Mən qətiyyətlə deyə bilərəm ki, müasir dövrdə Azərbaycanda məhz tolerantlığın, dinlərarası və mədəniyyətləarası dialoqun əsasını mərhum Heydər Əliyev tərəfindən qoyulub. Çünki məhz onun hikmətli siyasəti sayəsində bu, Azərbaycanın gündəlik həyatına çevrilib və başqa ölkələr üçün nümunə kimi qiymətləndirilir”.
Onun fikrincə, hazırda Prezident İlham Əliyev də həmin siyasəti uğurla davam etdirir və da dünya miqyasında Azərbaycanın nüfuz və hörmətinin artmasına xidmət edir. O, həmçinin QMİ sədri Hacı Allahşükür Paşazadənin də dini və mədəniyyətləarası dialoqun yaradılması sahəsində xidmətlərini xüsusi vurğulayıb.
Adil əb Fəlah Küveyt dövlətinin bu məsələlərdə Azərbaycana dəstək verməyə hazır olduğunu açıqlayıb: “Mən 2-ci vətənim saydığım Azərbaycana böyük uğurlar diləyirəm. Sizi əmin edirəm ki, Küveyt dövləti, xalqı əlindən gələni edəcək ki, Azərbaycanın tutduğu bu inkişaf yolunda onlara hərtərəfli dəstək olsun və biz birlikdə əməkdaşlıq edərək daha uca zirvələr fəth edək”.