“Biz Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları şrçivəsində sülh yolu ilə həllinə ümüd bəsləyirik. Lakin XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyırımını törətmiş bir ölkəni beynəlxalq hüquq müstəvisində məsuliyyətə cəlb etmək istiqamətində heç bir səy göstərməyən “Freedoom House” və bu qəbildən olan xarici təşkilatlarının qərəzli mövqeyi aydın görünür”.
İslam.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə “Dövlət və Din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi” I Beynəlxalq Bakı Forumunda bildirib.
O deyib: “Avropa ökələrində insan haqları sahəsində kifayət qədər pozuntu, terror və ekstremizm halları tüğyan etdiyi halda bəzi Avropa təşkilatlarıın ölkəmiz haqqında qeyri-obyektiv ictimai rəy formalaşdırmaq istəyi heç bir məntiqə sığmır”.
A.Paşazadə ölkədəki dini abidəlrin qorunması ilə bağlı məsələyə də münasibət bildirib: “Sovetlər dövründə Azərbaycanda 18 məscid var idisə, müstəqillik dövründə onların sayı 2 minə yaxınlaşıb. Yeni kilsə və senaqoqlar Azərbaycan dindarlarının ixtiyarına verilib. Azərbaycan dini abidələrə dövlət səviyyəsində diqqət və qayğı göstərən nümunəvi ölkədir”.
Onun fikrincə, belə mühüm əhəmiyyətli forumun məhz Azərbaycanda keçirilməsi səbəbi ölkəmizdə mövcud tolerant durumdur. Bu gün Azərbaycanda bütün dinlərin nümayəndələrinin öz dini ayinlərini azad şəkildə icra etdiyini diqqətə çatdıran QMİ sədri bunun nümunəvi tolerantlıq modeli olduğunu söyləyib.