POPULYARXƏBƏRLƏR

Azərbaycan dünyaya tolerantlıq nümunəsidir – Elşad İskəndərov

Azərbaycan uzun əsrlərdir tolerantlığı ilə seçilib.

İslam.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov “Dövlət və Din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi” I Beynəlxalq Bakı Forumunda bildirib.

Onun sözlərinə görə, ölkəmizdə ilk dəfə keçirilən, məsləhətləşmə və müzakirə xarakteri daşıyır bu foruma 10-dan artıq ölkədən 30-dan çox xarici qonağın qatılıb. O, bildirib ki, dövlət-din münasibətlərində ideal model axtarışı hələ də davam edir: “Tarix boyu din və dövlət münasibətləri mürəkkəb olub. Dövlət və din arasında bəzən yaxın müttəfiq, bəzən fərqli münasibətlər olub. Bu sahədə hələ də ideal model axtarışı davam edir. Dövlət və din münasibətlərinin optimal modelini axtarıb tapmaq lazımdır."

E.İskəndərov Azərbaycanın belə bir forumun keçirilməsi üçün ideal məkan olduğunu deyib: “Azərbaycan dünyaya Nizami Gəncəvi, Məhəmməd Füzuli və Bakuvi kimi şəxsiyyətlər bəxş edən bir ölkədir. Azərbaycan İslama sədaqətini həmişə nümayiş etdirib. Sovet dövründə də xalqımız dəyərlərini qoruyaraq saxlayıb. Əsrlər boyu öz mili-mənəvi dəyərlərini qoruyan Azərbaycan xalqı digər xalqların dəyərlərinə də hörmətlə yanaşıb. Tarixi faktdır ki, azərbaycanlılar torpaq alıb, yəhudi sinaqoqlarının tikilməsinə yardım ediblər. 16-cı əsrdə Azərbaycan xalqının dünyaya bəxş etdiyi Səfəvilər atəşpərəstlər üçün məbəd tikintisinə şərait yaradıblar. Bu, bizim tarixi ənənəmizdir”.

Komitə sədri xatırladıb ki, XX əsrin əvvəllərində qurulan Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində bütün millətlərin, dini qrupların, o cümlədən ermənilərin qrupu olub. Həmin vaxt da torpaqlarımızın bir qismi ermənilərin işğalı altında olub. Azərbaycandakı tolerantlıq mühiti Ermənistanın işğalçılıq siyasəti qarşısında da duruş gətirib. Ancaq biz bu məsələni heç vaxt dini müstəviyə keçirməmişik. İşğalı həyata keçirən millətin dini abidələri də Azərbaycanda qorunur.

Onun fikrincə, müasir dünyada gedən proseslərin fonunda bu cür qarşılıqlı anlaşma və tolerantlıq mühitinin formalaşmasının xüsusi rolu var. Komitə sədri Azərbaycan olan dinlərarası əlaqələrin tolerantlığın fövqündə olduğunu vurğulayıb və söyləyib ki, bu, əsrlədrdən bəri formalaşan köklü ənənədir. Hazırda Azərbaycanda dövlət və din münasibətləri özünün ən yüksək səviyyəsindədir.



Yerləşdirilib:19 Dekabr, 2012  18:38, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Okt.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com