İraq prezidenti Cəlal Təlabani insult keçirib və xəstəxanaya yerləşdirilib.
İslam.az-ın ANS PRESS-ə istinadən verdiyi xəbərə görə, bu barədə İraq prezidenti dəftərxanası məlumat yayıb.
Məlumatda prezidentin səhhətinin kəskin pisləşdiyi bildirilir. Yayılan digər məlıumatlarda isə C. Təlabaninin ötən gün huşunu itirdiyi və hələ də özünə gəlmədi qeyd olunur.
79 yaşlı prezidentin vəziyyəti “ağır və stabil” qiymətləndirilir.