Çində “dünyanın sonu” barədə şayiə yayan 93 nəfər həbs olunub
Çin polisi ölkənin yeddi vilayətində dünyanın sonu barədə şayiə yayan 93 nəfəri həbs edib.
Bu barədə islam.az APA-ya istinadən xəbər verir. Məlumata görə, həbs olunanların əksəriyyəti Çində qadağan olunmuş “Qüdrətli Tanrı” təriqətinin üzvüdür.