Türkiyəyə “Patriot” hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi gözlənilməz nəticələr verə biləcək təxribat xarakterli addımdır.
İslam.az-ın SalamNews-a isitnadla verdiyi xəbərə görə, bunu İranın xarici işlər naziri Əli Əkbər Salehi bəyan edib.
O deyib: “Patriot”ların Türkiyə-Suriya sərhəddinə yerləşdirilməsindən heç bir nəticə əldə edilməyəcək. Bu təxribat xarakterli addımdır və gözlənilməz hadisələrlə nəticələnə bilər. Bu raketlər bölgədə təhlükəsizliyin təmin edilməsinə kömək etməyəcək”.