Rusiyanın Azərbaycandakı Qəbələ RLS-in icarəsini dayandırması ölkənin təhlükəsizliyinə təsir etmir.
İslam.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Rusiya müdafiə nazirinin müavini, general-polkovnik Oleq Ostapenko bildirib.
Onun sözlərinə görə, Krasnodar diyarının Armavir şəhərində döyüş növbətçiliyində olan stansiya Qəbələ RLS-in cavabdeh olduğu ərazini artıq nəzarətdə saxlayır.
Nazir müavini qeyd edib ki, raket hücumu barədə xəbərdarlıq tapşırığı hazırda tam həcmdə yerinə yetirilir: “Gələcəkdə öz potensialımızı daha da inkişaf etdirəcəyik”.