Qazaxıstan 2025-ci ilədək kiril əlifbasından latın qrafikasına keçmək niyyətindədir.
İslam.az-ın verdiyi xəbərə görə, bu barədə ölkə Prezidenti Nursultan Nazarbayev Qazaxıstanın müstəqilliyinin 21-ci ildönümünə həsr edilmiş təntənəli tədbirdə çıxışı zamanı bildirib.
"Artıq indidən 2025-ci ildə latın qrafikasına keçid üzrə hazırlıq işlərinə başlamaq lazımdır", - deyə Nazarbayev vurğulayıb.
Onun fikrincə, bu, dilin inkişafına imkan yaradacaq, həmçinin qazax dilini müasir informasiya dilinə çevirəcək.
Nazarbayevin bu çıxışı Rusiya politoloqlarını xüüsusi ilə qıcıqlandırıb.