İraqda iranlı zəvvarları daşıyan avtobus partladılıb.
İslam.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə bu gün yerli vaxtla saat 11:00 radələrində Samirə şəhərində baş verib.
Nəticədə 2 nəfər ölüb, 18 nəfər yaralanıb. İranın Həcc və Vəqflər Təşkilatı xəbəri təsdiqləyib.