Müsəlmanların müqəddəs şəhəri Məkkədə təmizliyə bundan sonra Türkiyə şirkətləri nəzarət edəcək.
İslam.az-ın ANS PRESS-ə istinadən verdiyi məlumata görə, artıq Məkkə və İstanbul şəhər bələdiyyələri arasında saziş imzalanıb. Eyni zamanda, Türkiyə şirkətləri Kəbənin yerləşdiyi ərazinin də təmizliyinə nəzarət edəcəklər.