Türkiyə Respublikasının 9-cu prezidenti Süleyman Dəmirəl mərhum dövlət başçısı Turqut Özalın ölümü ilə bağlı məhkəmə ekspertizasının hazırladağı hesabatı şərh edib.
İslam.az-ın SalamNews-a isitnadla verdiyi xəbərə görə, Turqut Özalın öz əcəli ilə öldüyünü vurğulayan S.Dəmirəl deyib: "Hesabat dəqiqdir. Ölüm səbəbi zəhərlənmə deyil. Hesabatda tərəddüd yoxdur. Hesabat mərhum Özalın zəhərləndiyini göstərmir. Orqanizimdə zəhər varmış, amma o zəhərlənməyib, əcəli ilə ölüb. Onda belə çıxır ki, əvvəldən həkimlərin dediyi şey düz çıxdı. Mən də əvvəldən eyni şeyi deyirəm. Mən həkimlərə istinadən söyləyirəm. Sonunda həkimlərin dediyi sübut olundu”.