Gələn il yanvarın 6-7-də Nyu-Yorkda qədim İslam sivilizasiyasının nümunəsi olan və 40 il ərzində toplanan “Doğan Günəş kolleksiyası” adlı İslam pul sikkələri toplusu hərraca çıxarılacaq.
İslam.az-ın “İslam dlya vsex” saytına istinadla verdiyi xəbərə görə, 800 qızıl, gümüş və bürünc sikkələrdən ibarət kolleksiyada Fars və Hindistan, habelə Səfəvilər dövlətinin pul nümunələri üstünlük təşkil edir. Sikkələr hicrətin ilk onilliklərindən başlayaraq Qacarlar sülaləsinin (1794-1925) dövrünə qədər olan müddəti əhatə edir.
Kataloqun müəllifi Stiven Albem bildirib ki, kolleksiyanın müəllifi əslən iranlıdır.
“Doğan Günəş kolleksiyası”ndan bəzi nümunələri oxucularımıza təqdim edirik:
1.Səfəvilər dövləti, I Süleyman, 16 əşrəfi dəyərində olan qızıl sikkə (1668-1694-cü illər), İsfahan.

2.Qacarlar sülaləsi, Fəth Əli Şah, 5 tümən dəyərində olan qızıl sikkə, (1797-1834), Təbriz.

3.Böyük Moğollar sülaləsi, Cahangir, Qızıl möhür (1605-1628).

4.Böyük Moğollar sülaləsi, Cahangir, “Balıq” bürcü əks olunan qızıl möhür, (1605-1628).

5.Qacarlar sülaləsi, Nəsrəddin Şah, 10 tümən dəyərində qızıl sikkə, (1848-1896).

6.Qacarlar sülaləsi, Nəsrəddin Şah, 5 tümən dəyərində gümüş sikkə, (1848-1896), Tehran.

7.Səfəvilər dövləti, II Təhmasib, 20 şahı dəyərində gümüş sikkə, (1722-1732).

8.Səfəvilər dövləti, I Hüseyn, 10 şahı dəyərində gümüş sikkə, (1694-1722).
