Cəsədi eksqumasiya edilən Türkiyənin 8-ci prezidenti Turqut Özalın ölümü ilə bağlı məhkəmə tibb ekspertizasının hesabatı hazırdır.
İslam.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, hesabatda cəsəddən alınan nümunələrdə zəhərə rast gəlindiyi təsdiqlənsə də, ölüm səbəbilə bağlı dəqiq ehtimal irəli sürülməyib.
Tibb ekspertizasının hesabatı istintaq işini icra edən Ankara prokurorluğuna göndəriləcək.
Xatırladaq ki, Turgut Özalın cəsədi prezidentin qohumlarının istəyi və ölkə Baş Prokurorluq idarəsinin göstərişi ilə məzardan çıxarılıb və ekspertizadan keçirilib.