Türkiyənin Bayburt şəhərindəki Şair Zehni Mədəniyyət Mərkəzində “Namazla Diriliş" konfransı təşkil edilib.
AKP Gənclik Təşkilatının təşkil etdiyi proqramda Bayburt Bələdiyyə başçısı Hacı Əli Polad, AKP-nin Bayburt rayon təşkilatının sədri Yusuf Elçi, bələdiyyə başçısının sədr müavini Səlahəddin Kondolot, AKP gənclik təşkilatının sədri Fatih Eraslan və diğər şəxslər iştirak edib.
İslam.az-ın SalamNews-a istinadən verdiyi xəbərə görə, proqrama natiq olaraq, yazıçı Ahmet Bulut, ədəbiyyatçı Mehmet Paksu və Dursun Ali Taşçı qatılıb. Azanın səslənməsi ilə başlayan proqramda yazıçı Ahmet Bulutun namaz haqqında bəhs etdiyi və həyatda baş vermiş hekayələr iştirakçıları duyğulandırdı.
Proqramın açılışında çıxış edən AKP-nin Bayburt rayon təşkilatının sədri Yusuf Elçi, tədbiri təşkil edən AKP Gənclik Təşkilatına təşəkkür edib və namazın əhəmiyyətindən bəhs edib.