Fələstinin paytaxtı Qüds olacaq.
İslam.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, bunu Türkiyə Böyük Millət Məclisində çıxış edən Fələsin dövlət başçısı Mahmud Abbas bildirib.
O deyib: “Fələstin xalqı adından Türkiyəyə etdikləri köməyə və dəstəyə görə təşəkkür etmək istəyirəm. Fələstinə BMT-də, üzv olmayan müşahidəçi dövlət statusu verildi. Hazırda etdiklərimiz başlanğıcdır, qarşımızda uzun və çətin bir yol var, amma doğru yolda irəliləyirik. Paytaxtı Qüds olan 1967 sərhədləri daxilində tam olaraq müstəqil Fələstin üçün çalışmalıyıq”.