Bu sözləri Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev Azərbaycandakı dini təriqətlərin, o cümlədən vəhhabilərin fəaliyyətinə qadağa qoyulmasının mümkünlüyü ilə bağlı sualı cavablandırarkən deyib.
R. Mehdiyev bildirib ki, kimin fəaliyyətində pozuntu aşkarlansa, qanun çərçivəsində ölçü götürülməlidir: "Ola bilər ki, hansısa radikal hərəkət edən, qanunu pozmağa çalışan müəyyən qüvvələr olsun, onlara qarşı qanun çərçivəsində tədbirlər görülməlidir".