Misir Prezidenti Məhəmməd Mursi hökumət ordusuna yeni səlahiyyətlər verib.
İslam.az-ın SalamNews-a istinadən verdiyi xəbərə görə, bu barədə Misir KİV yazıb.
Yeni konstitusiya layihəsi üzrə referendum şənbə günü dekabrın 15-nə təyin olunub. Orduya referendum günü həbs əməliyyatları aparmağa icazə verilib.
Noyabrın 22-də dövlət başçısı göstərişi ilə özünə müstəsna müvəqqəti səlahiyyətlər verib. O, öz qərarlarını hökumətin məhkəmə nəzarətindən azad edib.