İranda dünyanın ən kiçik Quranı hazırlanıb. Onun səhifəsinin eni 7 millimetr, qalınlığı isə 3 mikrondur.
İslam.az-ın SalamNews-a istinadən verdiyi xəbərə görə, ümumilikdə kitabda 633 səhifə var. İncəsənət əsərinin müllifi həkim Ruhullah Şərifidir.
Mətn silikon səhifələrə lazerlə həkk olunub. Bu Quranın ayələrini mikroskop köməyi ilə oxumaq mümkündür.