Bağdaddakı mərkəzi hökumət ilə münaqişəni həll edə bilməyən İraq Regional Kürd Rəhbərliyinin ABŞ-dan əsgər istədiyi iddia edilib.
İslam.az-ın SalamNews-a istinadən verdiyi xəbərə görə, İraqdakı gərginliklə bağlı yeni iddia ortaya atılıb. İraqın Baş naziri Nuri əl-Malikinin Bağdaddakı mərkəzi hökumətlə münaqişəni həll etməyən İraq Kürd Rəhbərliyinin ABŞ-dan əsgər istədiyi deyilib. Pentaqonun keçmiş nümayəndəsi Michael Maloof Kürd Regional Rəhbərliyinin baş naziri Nəçirvan Bərzaninin kürdlərin yaşadığı ərazidə amerikalı əsgərləri görməkdən şad olacaqlarını söyləyib. Kürdlər ABŞ əsgərlərini keçən ilin sonunda İraqdan geri çəkilməmişdən əvvəl də ərazilərində ABŞ-a hərbi baza verə biləcəklərini söyləyiblər.