Fələstində İslami Müqavimət Hərəkatı olan Həmas təşkilatı Avropa Birliyinə müraciət edib.
İslam.az-ın Faktxəbər-ə istinadla verdiyi xəbərə görə, Qəzzaya gələn Avroparlametin deputatları ilə görüşən Fələstinin baş naziri İsmayıl Haniyyə, Avropa İttifaqının Həmas təşkilatını terorçu qruplaşmaların siyahısından çıxarmağı istəyib. İsmayıl Haniyyə avropalı deputatlarla görüşdə bildirib ki, Həmas Fələstin ərazisində və ölkəsi üçün mübarizə aparan təşkilatdır və bu səbəbdən qurumu terrorçuların siyahısında saxlamaq düzgün deyil.
Qeyd edək ki, Avropa Birliyi Həmas təşkilatını 2003-cü ildən etibarən terrorçu qruplaşmaların siyahısına daxil edib. Həmasın Avropa İttifaqına etdiyi müraciət qəbul edilərsə, onda təşkilatının beynəlxalq qurumda təmsil olunmaq və maliyyə yardımları almaq imkanı olacaq.