İranın Ali dini rəhbəri Seyid Əli Xameneinin hərbi müşavirlərindən olan general Yədullah Civani, Türkiyənin Suriya böhranı başlayandan Qərbi və sionistlərə aldandığını və silahlı qrupları ölkəsində silahlandıraraq Suriya böhranının şiddətlənməsində önəmli rol oynadığını iddia edib.
İslam.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, Civani, "Patriot" raketlərinin Türkiyənin təhlükəsizliyini təmin etməyəcəyini bildirib. Civani, "Patriot" raketlərinin Suriyaya müdaxilə üçün zəmin hazırlayacağını da bəyan edib. "Türkiyə "Patriot" raketlərini yerləşdirməklə böyük səhvə yol verir. Bu qərar ona baha başa gələcək", - general deyib.