İsrailin Londondakı səfiri Fələstin ərazilərinə yerləşdirmələrlə bağlı izahat vermək üçün Böyük Britaniya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
İslam.az-ın SalamNews-a istinadən verdiyi xəbərə görə, eyni səbəblə Parisdəki İsrail səfiri Fransa XİN-ə dəvət olunub.
Ötən həftə, İsrailin Baş naziri Binyamin Netanyahu Şərqi Yərusəlimdə yerləşən E-1 bölgəsində və İordan çayının Qərb sahilində 3 min yeni evin tikintisi barədə planı təsdiqləyib.
Böyük Britaniya və Fransa hökumətləri İsrailin Şərqi Yərusəlimdə yeni yaşayış məntəqələri tikmək planına etiraz olaraq bu ölkədəki səfirlərini geri çağırmaq niyyətindədir.