Kəbənin açarları dəyişdirildi.
İslam.az-ın "Qafqazinfo"ya istinadla verdiyi xəbərə görə, yeni düzəldilmiş açarlar 1400 ildən bəri müqəddəs məscidin açarlarını saxlayan Məkkənin ən mşhur ailələrindən biri Əl-Əşşəybiy aşirətinin başçısına verildi.
Məkkənin açarlarını 1400 ildir saxlamaqla vəzifələndirilmiş ailənin rəhbəri Abdulkadir əl-Əşşeybiy Kəbənin açarlarını müqəddəs Evin örtüsünün tikildiyi fabrikdəki xüsusi bir seyfdə saxladığını bildirib.
"Açarlar təhlükəsiz bir yerdə saxlanılır və 1400 il müddətində bir dəfə də olsun itirilmədi. Amma bəzi tarix kitabları Kəbənin açarlarının nə zamansa ittdiyi haqda yazıb", - əl-Əşşeybiy vurğulayıb.
Məkkədə fəaliyyət göstərən bir internet saytında yer alan məlumatda Kəbənin XII-ci əsrdə düzəldilmiş açarlarından birinin açıq hərrac vasitəsi ilə satışa çıxarıldığı və 18,1 milyon dollara satıldığını yazılıb.