POPULYARXƏBƏRLƏR

Ramiz Mehdiyev Şah İsmayıl Xətai haqqında məqalə yazıb

Azərbaycanın Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Səfəvi hökmdarı Şah İsmayıl Xətainin siyasi fəaliyyəti ilə bağlı geniş məqalə yazıb.

Administrasiya rəhbəri Səfəvilər dövlətinin yaradılması tarixinin heç də həmişə düzgün və ciddi elmi meyarlarla təqdim edilmədiyini vurğulayıb. Eyni zamanda bu problematika üzrə yazmaq məsuliyyətini öz üzərinə götürən bəzi müəlliflərin baxışlarının bir çox hallarda qərəzli və subyektiv xarakter daşıdığını bildirib: “Azərbaycan, Azərbaycan xalqı, onun tarixi və mədəniyyəti çoxəsrlik tarixə malikdir. Buna baxmayaraq, bizim bədxahların şüurunda Azərbaycan və onun tarixi ilə bağlı hələ də yanlış təsəvvür yaranmaqdadır. Düşünürəm ki, buna təəccüblənmək lazım deyil, çünki bu, qavramama sindromundan əziyyət çəkənlərin qismətidir. Bu halda, kliniki müdaxiləsiz daimi hallüsinasiyalardan qurtulmaq mümkün olmur... Orta əsrlərin və yeni tarixin bəzi müəllifləri ilk olaraq Şah İsmayılın əsl məqsədlərinin inkarı kursunu rəhbər tutaraq, bu böyük şəxsiyyətə münasibətdə qərəzli mövqe nümayiş etdirdilər”.

Daha sonra məqalədə qeyd olunur: “Şah İsmayıl fenomeninin əsas əlaməti odur ki, poeziya, yaradıcılıq əyləncə, dövlət başçısının hansısa əlavə məşğuliyyəti deyildi, əksinə, siyasi ideyaların daha təsirli, inandırıcı təbliğat üsulu, öz ideallarının, hədəf və tapşırıqlarının yayılma və izah üsulu idi”.

R.Mehdiyev Osmanlı dövləti ilə Çaldıran döyüşünə gedən Şah İsmayılın bu addımı atması səbəblərinə də toxunub: “Bu gün, ötən beş yüz il ərzində 1514-cü ildə Çaldıran döyüşünə gətirib çıxaran motivləri, hərəkətləri anlamaq bizə daha asandır. Bu konflikt təkcə siyasi, iqtisadi və sosial maraqlar, eyni zamanda ambisiya istəkləri əsasında yarandı. Çaldıran döyüşünün nəticəsindən asılı olmayaraq Şah İsmayılın dahiliyi və onun Azərbaycan xalqı qarşısında xidmətləri şübhəsizdir... Siyasi xaos və parçalanmalar dövründə dövlətin sükanında oturmuş Şah İsmayılın şəxsiyyəti və fəaliyyəti, beynəlxalq təsisatların kollapsı dövründə xalq tərəfindən dövlət başçısı postuna çağırılan Heydər Əliyev şəxsiyyəti ilə bir çox şeydə üst-üstə düşür. Məhz bu cür dövlət xadimlərinin ağlı və bacarığı sayəsində millət öz müstəqilliyini və suveren dünyagörüşünü əldə edir. Bu, siyasi dahi keyfiyyətinin təzahürü və həqiqi patriotların təntənəsi deyilmi?”.



Yerləşdirilib:30 Noyabr, 2012  12:25, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Okt.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com