Naməlum ölümü ilə əlaqədar istintaqı başlanan Türkiyənin 8-ci prezidenti Turqut Özal MOSSAD ya da Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) tərəfindən "tibbi sui-qəsd" nəticəsində qətlə yetirilib.
İslam.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, bunu ABŞ-ın keçmiş kəşfiyyatçısı Vayne Madsen iddia edib.
O, MOSSAD və MKİ tərəfindən yaradılan MEDINT adlı tibbi kəşfiyyat xidmətinin fəaliyyət göstərdiyini bildirib. Kəşfiyyatçı söyləyib ki, MEDİNT-in məlumat bankında bütün xarici liderlər haqqında tibbi bilgilər toplanıb və istənilən vaxt ölümlə nəticələnən maddələrdən istifadə edilərək sui-qəsd təşkil oluna bilər.
T.Özalın zəhərlənmə nəticəsində öldüyü ehtimalının çox böyük olduğunu söyləyən V.Madsen deyib: "Özalın TSK və “kölgə hökuməti”ndə də çox düşməni var idi, həmçinin MOSSAD və MKİ-də də özünə düşmənlər qazanmışdı”.